GENERAL CONSTRUCTION LLC

Tent sistemləri

conte conosco Bu müasir sistem alüminium konstruksiyaya malik olduğuna görə uzun illər keyfiyyətini itirmir.
smartphones
effect
btg-pactual
xp-inc
toro
orama
genial-investimentos
btg-pactual
xp-inc

Tent sistemləri

  • Çətir sistemləri
  • Avtomatik Pergola
  • Asma-Gərmə Membran
  • Bioklimatik Pergola
  • Sabit Tent sistemləri

Çətir sistemləri

Bizim təklif etdiyimiz çətirlər olduqca geniş sahəni əhatə edərək qızmar günəş şüalarından və qeyri-sabit hava şəraitindən qoruyucu əhəmiyyətə malik olmaqla yanaşı, rahat mühit və romantik atmosfer yaradır.

Bu çətirlərin aşağıdakı üstünlükləri vardır: yüngül çəkili konstruksiya, su keçirməyən və UB şüalardan yüksək qorunma qabiliyyəti, gündəlik istifadədə davamlılıq və etibarlılıq.

Ultrabənövşəyi şüalardan qorunma xüsusiyyəti sayəsində çətirin rəngi və parlaqlığı zaman keçdikcə dəyişmir və olduğu kimi qalır.

Gövdələrinə yerləşdirilmiş teleskopik mexanizm sayəsində çətir bağlanarkən təpələri yuxarı qalxır, açılarkən isə aşağı enir.

Çətirlərin quraşdırılması və sökülməsi olduqca sadə və rahatdır. Hər bir modelə müxtəlif forma, günbəz diametri, parça rəngi və dizayn tətbiq etmək mümkündür.

Avtomatik Pergola

Avtomatik açılıb-bağlana bilən «Pergola» tent sistemi erqonomik və funksional olan ən son texlonoji məhsuldur. Günəşin, küləyin, yağışın mənfi təsirlərindən qorunmaq üçün istifadə edilən bu sistem kafe, restoran, qış bağçası, hovuz üstü bağlanılmasında və digər məkanlarda əlverişlidir. Sistemin konstruksiyası alüminiumdan hazırlanır və heç bir dəmir konstruksiyadan istifadə olunmur. Sistemdə istifadə olunan profil və aksesuarlar paslanmaya davamlıdır. Bu sistemdə yalnız "blackout tent parça" növündən istifadə olunur. Relsli tent sistemləri üçün nəzərdə tutulmuş bu parça işıq, su keçirməz və yanğına davamlılıq xüsusiyyətlərinə malikdir. Tentin üzərinə kənardan bərk cisimlər (daş, şüşə, taxta və s.) düşdükdə cırılmır və təmizlənməsi çox rahatdır. Bunun sayəsində sistem ilin bütün fəsillərində, istənilən hava şəraitində rahat istifadə edilə bilir.

Sistemin bağlanması üzərindəki tentin qatlanaraq geriyə çəkilməsi ilə təmin edilir. Səssiz işləyə bilən və hər ölçüdə istehsal oluna bilən bu sistem istənilən vaxt üzərinin tamamilə açılması ilə əlavə komfort yaradır.

Bundan başqa, istəyə bağlı olaraq tavan hissəsindəki tent sistemlərinə Led lampaların quraşdırılması da mümkündür. Led lampalar məkanı işıqlandırmaqla xüsusi zövq verir.

Asma-Gərmə Membran

Dartma tentlər istirahət yerlərinin ayrılmaz hissəsidir. Onlar su keçirməyən, möhkəm və güclü küləyə qarşı davamlı parçadan hazırlanır və istənilən layihəyə uyğunlaşdırılır. Əsasən, restoranlarda, otellərdə, ticarət mərkəzlərində və çimərliklərdə istifadə olunan dartma tentlər metal konstruksiya və ya asma - dartma üsulu ilə hazırlanır.

Tent sizi sərt hava şəraitindən qoruyaraq istirahət etdiyiniz məkana komfort və xoş aura qatacaq.

Bioklimatik Pergola

Avtomatik açılıb-bağlana bilən « Bioklimatik Pergol»a sistemi erqonomik və funksional olun ən son texlonoji məhsuldur. Günəşin, küləyin, yağışın mənfi təsirlərindən qorunmaq üçün istifadə edilən bu sistem kafe, restoran, qış bağçası, hovuz üstü bağlanılmasında və digər məkanlarda əlverişlidir. Sistemin konstruksiyası alüminiumdan hazırlanır və heç bir dəmir konstruksiyadan istifadə olunmur. Sistemdə istifadə olunan profil və aksesuarlar paslanmaya davamlıdır. Bu sistemdə xüsusi hazırlanmış alüminium panellərdən istifadə olunur.Konstruksiya üçün nəzərdə tutulmuş bu panellər işıq, su keçirməz və yanğına davamlılıq xüsusiyyətlərinə malikdir.Panelin üzərinə kənardan bərk cisimlər (daş, şüşə, taxta və s.) düşərsə,sistemin isşləməsinə zərər göstərmir və təmizlənməsi çox rahatdır. Bunun sayəsində sistem ilin bütün fəsillərində, istənilən hava şəraitində rahat istifadə edilə bilir.

Konstruskiyanın açılması zamanı panellər növbəli şəkildə öndən geriyə doğru qatlanaraq bir birinin üzərinə yığılır.Səssiz işləyə bilən və hər ölçüdə istehsal oluna bilən bu sistem istənilən vaxt üzərinin tamamilə açılması ilə əlavə komfort yaradır. Pergoladan fərqli olaraq bu sistemdə panellər həm, arxaya doğru qatlanaraq yığılır ,həm də 45 dərəcə bucaq altında yerində qatlanır.Bu , sistemin istifadəsinə bir çox üstünlüklər qazandırır. İstəyə uyğun olaraq panellərin içərisi poliüretan dolğu ilə doldurula bilər.Bu isə öz növbəsində həm, izolyasiya cəhətdən , həm də konstruksiyanin möhkəmliyinə üstünlüklər qazandırır.

Bundan başqa, istəyə bağlı olaraq tavan hissəsinin kənarlarına Led lampaların quraşdırılması da mümkündür. Led lampalar məkanı işıqlandırmaqla xüsusi zövq verir.

Sabit Tent sistemləri - Markizlər

Rahatlığın və komfortun rəmzi sayılan markizlərdən istifadə son bir neçə il ərzində olduqca geniş vüsət almışdır.

Markizlər günəşdən qorunmaq üçün ən yaxşı vasitə olub kölgə yaradarkən ümumi görkəmi məhdudlaşdırmır. Belə ki, onlar təkcə yaşayış binalarında deyil, otellər, mağazalar, ofis və ticarət mərkəzlərində də quraşdırılır. Həmçinin, onlardan bağ evlərində terrasları və eyvanları bağlamaq üçün də istifadə etmək mümkündür.

Markiz modelləri Sizin şəxsi istəyinizdən, ölçü və forma tələbinizdən və bu kimi bir sıra amillərdən asılıdır.

Tent sistemləri ilə nələr qazanırsınız?

  • 01

    Prestij

    Xüsusi tent pergola sistemləri ilə məkanınıza estetik və prestij qazandırın.

  • 02

    İdarə etmə

    Əlavə modulları vasitəsilə, bu sistemlərin istənilən vaxt və ya müəyyən hava şəraitində, habelə föqvalədə hal baş verdiyi zaman avtomatik açılıb bağlanmasını təmin etmək mümkündür.

  • 03

    Kölgələndirmə sistemi

    Uzaqdan idarəetmə xüsusiyyətli tent perqola kölgələndirmə sistemləri möhkəm metal sütun profilləri, aliminum relsləri və istilik keçirməyən, alışmayan PVC qatlı materialı.

  • 04

    İşıqlandırma

    Tent perqola sistemləri müxətlif göz oxşayan dizaynlı işıqları sayəsində işıqlandırmanı təmin etməklə yanaşı məkanna müsbət bir aura da qata bilir.

man
demir darvazalar, avtomatik qapilar, fotosel qapilar, jaluz darvazalar, jaluz qapilar, Автоматические дври