TENT SİSTEMLƏRİ

Rahatlığın və komfortun rəmzi sayılan markizlərdən istifadə son bir neçə il ərzində olduqca geniş vüsət almışdır.
Markizlər günəşdən qorunmaq üçün ən yaxşı vasitə olub kölgə yaradarkən ümumi görkəmi məhdudlaşdırmır. Belə ki, onlar təkcə yaşayış binalarında deyil, otellər, mağazalar, ofis və ticarət mərkəzlərində də quraşdırılır. Həmçinin, onlardan bağ evlərində terrasları və eyvanları bağlamaq üçün də istifadə etmək mümkündür. Markiz modelləri Sizin şəxsi istəyinizdən, ölçü və forma tələbinizdən və bu kimi bir sıra amillərdən asılıdır.
Vertikal markizlər binanın fasadına gözəl görüntü verməklə günəş şüalarından qorunmaq  üçün ideal seçimdir. Fasadın çöl tərəfindən quraşdırılan şaquli tentlər küləkdən, yağışdan qorunmaq üçün əla üsuldur. Bu sistemdə rulon parça, pəncərənin yuxarı hissəsindən aşağıya doğru enir. İstifadəsi sadə və  etibarlıdır.
Fransız markizləri (günbəzli markizlər) pəncərə və qapılar üçün ən yaxşı həll yoludur. Yarımdairəvi şəkildə, ipli mexanizmlə açılıb-bağlanan sistem mağazalar üçün ideal seçimdir. Xüsusi forma və ölçüsü, estetik və zərif görünüşü sayəsində, onlar bina girişlərində, cəbhələrdə, qapı və pəncərələrdə asanlıqla seçilir. Fransız markizlərinin istifadəsi sadə və etibarlıdır.
«Ponant» qollu tentləri eyvanların, terrasların, pentxausların kölgələndirilməsi üçün əla seçimdir. Bu sistem kölgələnmə sahəsində ən möhtəşəm sayılan sistemlərdən biri olub ən son texnologiya ilə hazırlanmışdır. Avtomatik açılıb-bağlana bilən olması ilə yaz və qış fəsillərində də rahat istifadə oluna bilir. Sistemin bağlanması üzərindəki tentin qatlanaraq geriyə çəkilməsi ilə təmin edilir. Xüsusi konstruksiya sayəsində yığılan tent qutu şəklinə salınaraq və bir xətt boyunca qollarını və parçasını içərisinə yığaraq içərisində olan fırçası sayəsində öz-özünü təmizləyə bilir. Digər markiz modellərimizdə olduğu kimi Ponant qollu tent də müxtəlif rənglərdə ola bilər.

demir darvazalar, avtomatik qapilar, fotosel qapilar, jaluz darvazalar, jaluz qapilar, Автоматические дври