Avtomatik qapılar – ofis mərkəzlərindən tutmuş qeyri-kommersiya müəssisələrinədək istənilən növ binaların giriş və çıxışlarının təşkilatının müasir və çoxfunksionallı variantıdır. Avtomatik qapıların tətbiqi onların rahatlığı, estetikası və səmərəliliyi sayəsində olduqca məşhurdur.
Keyfiyyətli avtomatik qapılar – məkanın zəmanətli rahatlığı və təhlükəsizliyi, o cümlədən də giriş və çıxışın artırılmış keçirmə qabiliyyətidir. Sonuncu cəhət yüksək keçirmə qabiliyyətinə malik binalar üçün, ilk növbədə mağaza və ofis mərkəzləri üçün xüsusilə vacibdir. O, həmçinin istehsal binalarının giriş-çıxışlarında tıxaclarından xilas olmağa imkan verir.
Avtomatik fotosel qapılar
Şirkətimizin fəaliyyət sahəsi – evləriniz, mənziliniz, kotecləriniz və həyətyanı sahələriniz üçün qoruyucu və təhlükəsizlik avadanlığının istehsalı, quraşdırılması və servis xidmətidir. Bu, ən müxtəlif növ və modifikasiyalarda müasir qapılar, müxtəlif növ elektromexanik ötürücülər, və həmçinin bu mexanizmlərin idarə edilməsi sistemləridir. Avtomatik qapıların istehsalı üzrə Şirkətimizin əsas üstün cəhətləri arasında:
• istənilən məhsulumuzun qüsursuz texniki müşayiəti və servisi;
• uzunmüddətli əməkdaşlıq və müştərilərimizlə maksimal qarşılıqlı anlaşma, hər bir müştəriyə fərdi yanaşma;
• müştəridə yaranan bütün problem və məsələlərin optimal həlli;
• müştərilərlə işin vicdanlılıq və şəffaflıq əsasında təşkili;
• bütün zəmanət öhdəliklərinin dəqiq və vicdanla yerinə yetirilməsi.
Avtomatik qapı növləri
Mağaza üçün avtomatik qapı müxtəlif tərtibatlarda hazırlana bilər. Bugün yana sürüşən tipli qapı konstruksiyalarının üç tərtibat növü məlumdur, bunlar aşağıdakılardır:
• Teleskopik qapılar;
• Dönən-yana sürüşən qapılar;
• Künc qapıları.
Teleskopik növ avtomatik qapıların quraşdırılması qapı yerinin yan tərəfində qapı qanadlarının irəli çəkilməsi üçün kifayət qədər yer nəzərdə tutulmadığında həyata keçirilir. Bu halda teleskopik məhsullar qapı yerinin yan tərəflərində daha az məkan olduğunda daha geniş məsafəyə açılmanı təmin edir. Bu cür qapı üçün yönəldicilər qapının bütün eni oyunca quraşdırılır. Bu növ məhsulun qiyməti adi yana sürrüşən qapının qiymətindən bir qədər yüksəkdir.
Dönən-yana sürüşən qapılar ötürücü ilə döndürülən xüsusi konsollar üzərinə bərkidilir. Bu növ qapının istifadəsi zamanı qapı yolunun eni qapı yerinin ölçülərindən bir qədər azdır, və bu məhsulun əsas üstünlüyü bundan ibarətdir. Bu növ qapılar dar qapı yerlərinə quraşdırılma zamanı xüsusilə aktualdır, çünki onlar məkana əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verir.
Yana sürüşən künc qapı 180 dərəcəyədək bucaqlı qapı yerinə quraşdırıla bilər. Hərəkətli qanadlar arasında 90-135 dərəcə diapazon saxlanılır. Künc qapının qanadları əlavə yönəldici çarxın və qovuşuq yerində xüsusi sıxlaşdırıcının tətbiqini tələb edir.